Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada yeni terror aktının qarşısını alıb
Dünya xəbərləri

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada yeni terror aktının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada sinaqoqda planlaşdırılan terror aktının qarşısının alındığını elan edib.

“Respublika” xəbər verir ki, bu barədə “Hürriyyət” nəşri məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı terror aktı törətməyi planlaşdırıb. 2002-ci il təvəllüdlü şəxs Moskvadakı sinaqoqlardan birində kəşfiyyat aparıb, özü partlayan qurğu hazırlamaq üçün materiallar alıb. Terrorçu saxlanılarkən təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib.

Musa BAĞIRLI.

“Respublika”.