Yeniyetmə boksçularımız Avropa birinciliyini iki gümüş medalla başa vurublar
İdman

Yeniyetmə boksçularımız Avropa birinciliyini iki gümüş medalla başa vurublar

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

“Respublika” Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, finala gedən yolda millimizin iki üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) yarımfinalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz yarışı bürünc medalla başa vurub.

İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyində üçüncü olub. Rumıniyalı Denisa Manu ilə döyüşdə təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.