Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
İdman

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib

Sentyabrın 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin Velosiped İdman Klubunun, Azərbaycan Respublikasının Gənclər Fondunun, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi və “Velolider” mağazalar şəbəkəsinin sponsorluğu ilə həvəskarlar arasında şose velosipedinin qrup ötüşməsi üzrə “Sürətlə pedalla” adlı yarış keçirilib. 

AZƏRTAC xəbər verir ki, Bakı Ağ Şəhər bulvarının ərazisində baş tutan və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş turnirdə 18-39 yaşlı (37 nəfər), 40 yaş və daha böyük kişilər (44 nəfər), həmçinin 18 yaşdan böyük qadınlar (9 nəfər) mübarizə aparıblar. Velosipedçilər Hərbi Qənimətlər Parkının qarşısından start götürərək dairəvi hərəkət ediblər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk üç yerin qaliblərinə kubok, medal, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib. Turnir cədvəlində hər kateqoriyada ilk onluqda qərarlaşmış idmançılar da qiymətli hədiyyələrlə mükafatlandırılıb.