“Xinhua”: Qırğızıstan və Azərbaycan ikitərəfli əməkdaşlığı gücləndirir
Diaspora

“Xinhua”: Qırğızıstan və Azərbaycan ikitərəfli əməkdaşlığı gücləndirir

Məşhur “Xinhua” xəbər saytı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qırğızıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşü barədə məlumat yayımlayıb. Məlumatda hər iki tərəfin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəldikləri qeyd olunub. Görüş zamanı iki ölkə arasındakı strateji və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib. Tərəflər, həmçinin bu il gözlənilən qarşılıqlı yüksək səviyyəli səfərləri, Qırğızıstan və Azərbaycanda infrastruktur layihələrinin tikintisini, Bakı-Bişkek gediş-gəliş aviareyslərinin bərpasını, mədəni mübadilənin gücləndirilməsini müzakirə ediblər. Nazirlər, eyni zamanda aktual beynəlxalq və regional problemlər, Əfqanıstan, Yaxın Şərq və Ukraynadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nəzrin ELDARQIZI,

“Respublika”.