“Lenta.ru”: Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyasına başlayıb
Siyasət

“Lenta.ru”: Azərbaycan və Ermənistan sərhədlərin demarkasiyasına başlayıb

“Lenta.ru” yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib ki, bu Azərbaycanla Ermənistanın delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrinin nəticəsidir. Ölkə başçısı delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini qeyd edib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu deyib.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.