Camal Musiala öz ən yaxşı 5 futbolçu siyahısını açıqlayıb
İdman

Camal Musiala öz ən yaxşı 5 futbolçu siyahısını açıqlayıb

Camal Musiala Lionel Messi və Kriştianu Ronaldu ilə yanaşı iki keçmiş braziliyalı ulduzun da yer aldığı öz ən yaxşı beş futbolçu siyahısını açıqlayıb. 

"Respublika" "Daily Mail"ə istinadla xəbər verir ki, Camal Musiala, Lionel Messini gördüyü ən yaxşı oyunçu adlandırıb.

Kriştianu Ronaldu "Barselona"nın əfsanəsinindən sonra ikinci yerdə qərarlaşıb. “Mançester Siti” və keçmiş klubu “Çelsi” ilə adı hallanan 21 yaşlı Musiala kimin seçiləcəyinə qərar verməyin çətin olduğunu etiraf edib.

"Bavariya"nın ulduz futbolçusu  sonrakı sıralara Ronaldinyonun, Zinəddin Zidanın, braziliyalı Ronaldonun, Maradona və Pelenin qoyula biləcəyini bildirib.