“Vestnik Kavkaza”: “Azərbaycan bu il 3,4 milyard dollar dəyərində neft ixrac edib”
Diaspora

“Vestnik Kavkaza”: “Azərbaycan bu il 3,4 milyard dollar dəyərində neft ixrac edib”

Cari ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyon 600,5 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 3 milyard 490,1 milyon dollar olub.

“Vestnik Kavkaza” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Ötən ilin eyni aylarında ölkədən 6 milyon 809,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 4 milyard 272,1 milyon dollar təşkil edib. Neft bitumunun ixracı isə 114,5 ton, ixrac edilən məhsulun dəyəri isə 21,1 min dollar olub.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan 220,1 milyon dollar dəyərində 701,4 min ton neft bitumu ixrac edilib.

Tacir SADIQOV,

“Respublika”.