Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək
Diaspora

Almaniyada Ulu Öndərin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək

Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Maqdeburq (Barleben) şəhərində Ulu Öndər Heydər Əliyevin doğum günü və Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar idman yarışları keçiriləcək.

"Respublika" xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, yarışlarda 6-18 yaşlı uşaqlardan ibarət idman festivalı və Almaniyada təsis edilmiş Diaspora Boks Liqasının boksçularının iştirakı ilə müxtəlif idman növləri nümayiş olunacaq. Yarışlarda fərqlənən idmançılar medallar və hədiyyələrlə mükafatlandırılacaq.

Maqdeburq şəhərində həmyerlimiz Yaşar Niftəliyev tərəfindən təsis olunmuş, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Dünya Boks Komitəsinin (WBCA-WORLD BOXING COMMITTEE H.ALIYEV), Diaspora Boks Liqasının (DBL-DIASPORA BOXING LEAGUE) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ənənəvi olaraq hər il Almaniyada Ulu Öndərin doğum günü geniş miqyasda qeyd edilir.