Unudulmaz qəhrəmanlar
Region

Unudulmaz qəhrəmanlar

İkinci Qarabağ müharibəsində Vətəni öz canı, qanı ilə alınmaz qala edən qalib şəhidlərdən biri Emin İbrahim oğlu Muradovdur.

Emin Muradov 1986- ildə Lənkəran rayonunun Biləsər kəndində dünyaya göz açıb. Ömrünün 34- ilində doğma Azərbaycanın bütövlüyü uğrunda şəhid olaraq milyonların ürəyində qəhrəmanlıq simvoluna çevrilib. Dövlətimiz şərəfli ölümündən sonra Eminin müharibə meydanında göstərdiyi şücaətini "Vətən uğrunda", Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin azad olunmasına görə medallarına layiq görüb.

Bəli, şəhidlər heç vaxt ölmürlər. Lənkəran elinin qəhrəman oğlu Emin böyük ehtiramla xatırlanır, adı qürurla çəkilir. Doğum günündə yenə el-oba and yeri saydıqları məzarı başına toplaşmışdı. Rayonun rəhbər işçiləri onların arasında idilər. Şəhid Emin Muradovun uyuduğu müqəddəs yeri ziyarət edib, məzarı üzərinə təzə güllərdən çələng qoydular. Ziyarətçilər daha sonra şəhidin ailəsinə baş çəkdilər, onların problemlərini öyrəndilər. Qəhrəman haqqında bildirildi ki, Emin uşaqlıqdan Vətəninə bağlanmışdı. Odur ki, yağı düşmənin Qarabağın işğalına heç cür dözmürdü. Vətən müharibəsi başlanan kimi döyüşə atıldı. Son nəfəsinə qədər Vətən naminə qəhrəmanlıqla vuruşdu gələcək nəsillərə örnək olacaq bir tarix yazdı.

 Zəfər ORUCOĞLU.