Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinskidən
Məktublar

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Viktor Pinskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Xahiş edirəm, doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Qoy ruh yüksəkliyi, enerji və nikbinlik Sizə Azərbaycan Respublikasının rifahı naminə ən mürəkkəb dövləti vəzifələri yerinə yetirməyə kömək etsin, yüksək peşəkarlıq və insani keyfiyyətləriniz isə gələcək uğurların və ölkənin inkişafının rəhni olsun!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun illər ərzində əmin-amanlıq arzulayıram.

Dərin hörmətlə,

Viktor PİNSKİ,

Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi.