Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan
Məktublar

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlaxdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbriklərimi çatdırım.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı bildirir, möhkəm cansağlığı, tükənməz enerji, əmin-amanlıq və Azərbaycan Respublikasının daha da firavanlaşması naminə bütün planlarınızın uğurla həyata keçməsini diləyirəm.

Siz zəngin siyasi təcrübəniz, enerjiniz, peşəkarlığınız, habelə ən mürəkkəb məsələlərin düzgün həllini tapmaq bacarığınızla çoxları üçün nümunəsiniz.

Mən, həmçinin Qaqauziya sakinlərinə göstərdiyiniz diqqətə, Qaqauz Yeri ilə əməkdaşlığın inkişafına dəyərli töhfənizə görə Sizə təşəkkürümü bildirirəm. Sizi əmin etmək istərdim ki, Qaqauz Yerinin rəhbərliyi Azərbaycan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsini zəruri sayır və biz qardaş xalqlarımızın rifahı naminə dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.

Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib Sizə bir daha yüksək ehtiramımı bildirir, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Ən xoş arzularla və səmərəli əməkdaşlığımızın davam edəcəyi ümidi ilə, 

İrina Vlax

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri