Ulu Öndərin 100 illik yubileyi münasibətilə “İmamzadə” ziyarədgah kompleksində tədbir
Region

Ulu Öndərin 100 illik yubileyi münasibətilə “İmamzadə” ziyarədgah kompleksində tədbir

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin və “İmamzadə” ziyarətgah dini icmasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “İmamzadə” ziyarətgah dini kompleksində tədbir keçirilib.Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, millət vəkilləri, YAP Gəncə şəhər təşkilatının sədr müavini, Aleksandr Nevski Rus Pravoslav kilsəsinin baş keşişi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov çıxışında Ulu Öndər Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıb. Tədbirdə çıxış edən natiqlər müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Daha sonra, ulu öndərin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.

Zabit XƏLİLOV,

“Respublika”.