Zaqatalada
Region

Zaqatalada "İşıqlı kənd" layihəsi

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Zaqatalada piyadaların və avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçələrdə və kəndlərdə işıqlandırma sisteminin həyata keçirilməsi üçün "İşıqlı kənd" layihəsi uğurla icra olunur.

Belə ki, ilkin olaraq rayonun mərkəzindən başlanan layihə artıq bir sıra kəndlərdə də tətbiq olunub. Qısa vaxt ərzində Əliabad qəsəbəsi, Muxax, Yeni Suvagil və Çobankol kəndlərində piyadaların və avtomobillərin təhlükəsizliyin təmin edilməsi və hərəkətin asanlaşdırılması məqsədilə yeni işıqlandırılma dirəkləri quraşdırılıb.

Gözbarax kəndindən sonra bu istiqamətdə işlər mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrində də həyata keçirilir, yeni işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulur.

M.QULUYEV,

"Respublika".