Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib. Bu barədə 9 iyun qurumdan verilən məlumatda bildirilir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik mərhumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olublar.

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edən filmə baxıblar. Filmin nümayişindən sonra məcburi köçkün ziyalılar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Milli Məclisin deputatı akademik Rafael Hüseynovun xalqımızın ümummilli liderinin həyatı və dövlətçilik fəaliyyəti haqqında çıxışı böyük maraqla qarşılanıb.

“Respublika”.