İran heç zaman regional təhlükəsizliyə və əməkdaşlığa fayda verməyib
Digər xəbərlər

İran heç zaman regional təhlükəsizliyə və əməkdaşlığa fayda verməyib

Cənubi Qafqazın lider dövləti, eyni zamanda Avropa qitəsinin enerji təhlükəsizliyi məsələsində  strateji tərəfdaşı olan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı reallıqlar  bir çox ölkələr kimi, İranı da qıcıqlandırdı. Hər zaman ölkəmizə olan ikili münasibətini 44 günlük müharibədən sonra açıq şəkildə nümayiş etdirən İslam respublikası   Azərbaycanın qatı düşməni olan Ermənistanla münasibətlərini daha da doğmalaşdıraraq ölkəmizin əleyhinə birgə siyasət həyata keçirməyə başladı.

Müharibədən əvvəlki 30 ildə Azərbaycanı dəstəklədiyini bildirsə , əslində İran əməldə bunun əksini edir, bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən işğalçı ölkə ilə işbirliyi quraraq Azərbaycanın təbii sərvətlərini talan edirdi. Azərbaycan ərazi bütovlüyünü təmin etdikdən sonra  isə torpaqlarımızı işğal altında saxlayan, zəbt etdiyi ərazilərdə xalqımızın mədəni irsini məhv edən, onun müqəddəs yerlərində heyvan saxlayan ermənilərə  qardaş deyən  cənub qonşumuz hətta Ermənistanın sərhədini özünün qırmızı xətti elan etdi. Ölkəmizlə sərhədində hərbi təlimlər keçirdi, Azərbaycan-İran hava sərhədində İran təyyarəsi göründü. Bütün bunların fonunda Qafanda  konsulluq açmaqla xristian qardaşı ilə müttəfiq olduğunu nümayiş etdirdi. İkinci Qarabağ müharibəsinin bitməsindən ötən qısa müddət ərzində İranın həyata keçirdiyi anti-Azərbaycan siyasətinin ən bariz nümunəsi isə Tehrandakı Azərbaycan səfirliyinə silahlı basqın ölkənin buna verdiyi reaksiya oldu.

Terror yuvası olan, din pərdəsi altında minlərlə cinayət hadisəsi, təxribat törədən terrorçu İran  alçaq niyyətini  bir daha həyata keçirməyə müvəffəq oldu. Belə ki, yanvar ayının 27- səhər saatlarında  İranın xüsusi xidmət orqanı  SEPAH-la əlaqəli olan İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə  silahlı hücum edərək  səfirliyin təhlükəsizlik xidmətinin rəisini öldürmüş, daha iki əməkdaşını isə yaralamışdır. Ölkəmizin Tehrandakı diplomatik  nümayəndəliyinə edilən hücuma ilk rəsmi bəyanat  verən ölkə hər zaman Azərbaycanın siyasətini dəstəkləyən Türkiyə oldu. Bir çox dövlətlər İranda Azərbaycan nümayəndəliyinə edilən silahlı basqını pislədi, bunu Azərbaycan dövlətinə qarşı təxribat, terror aktı kimi qiymətləndirdi. İran tərəfi hadisənin ailə-məişət zəminində baş verdiyini uydursa da, bu terror aktı İranın açıq-aydın   anti-Azərbaycan təbliğatının fəaliyyətinin nəticəsi idi.

Azərbaycanın dünya dövlətləri ilə xüsusilə təhlükəsizlik sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlıq baxımından daha sıx əlaqələr qurması Qərb dövlətlərinin əksəriyyətilə gərgin münasibətdə olan İranı narahat edir. Azərbaycanın ABŞ İsraillə  strateji tərəfdaşlığını, xüsusilə müdafiə sahəsində əməkdaşlığını İran regional  təhlükə kimi qəbul edir bunun qarşısını almaq üçün ciddi səy göstərir. Cənub qonşumuz iddia edir ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var bu bazalar İran üçün ciddi təhdidlər yaradır. Lakin Azərbaycanın müstəqil, uzaqgörən xarici siyasət yürütdüyü   heç bir ölkənin daxili işlərinə qarışmadığı bütün dünyaya məlumdur. Bu kontekstdə Azərbaycan dəfələrlə   heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcəyini açıq şəkildə bildirsə , ikiüzlü  İran Azərbaycanın bu açıqlamalarını qəbul etməyib. O ki qaldı hər hansı bir dövlətlə  hüquq normaları çərçivəsində əlaqələr qurmaq, əməkdaşlıq etmək bu, hər bir dövlətin daxili məsələsidir. Azərbaycan heç bir dövlətin həyata keçirdiyi siyasətə müdaxilə etmədiyi kimi, özünə qarşı da bu münasibətə yol vermir. Buna görə İran anti-Azərbaycan siyasəti yürütməklə ölkəmizin maraqlarını nüfuzunu sarsıtmaq üçün müxtəlif yollara əl atır. Elə cənub qonşumuzun ölkəmizdə "Kərimə dövləti" qurmaq niyyəti   bu "ali" məqsədə xidmət edirdi. Belə ki, molla rejimi Azərbaycandakı dindarların, o cümlədən özünün göndərdiyi qüvvələrin vasitəsilə dünyəvi Azərbaycanın dövlət quruluşunu dəyişib, iranyönlü şəriət dövləti qurmağa cəhd etdi. Düşünülmüş siyasət yürüdən Azərbaycan ölkəmizin Konstitusiya quruluşuna zidd olan əmələ  qarşı sərt tədbirlər gördü, din pərdəsi altında təxribat pozuculuq əməllərini, xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirmək istəyən 32 nəfər  saxlanıldı. Bununla yanaşı, İranın təbliğat maşınının "fəaliyyəti" Azərbaycan cəmiyyəti tərəfindən rədd edildi. Çünki molla rejiminin İrandakı soydaşlarımıza  verdiyi zülmləri, xalqımıza, dövlətimizə ümumən, vətənimizə qarşı məkrli dözümsüz münasibətini Azərbaycan xalqı çox yaxşı bilir xalqımızın öz müstəqil dövlətinə bağlılığını, Prezidenti ilə birliyini, həmrəyliyini heç bir qüvvə sarsıda bilməz. Buna görə İranın bütün cəhdləri kimi "Kərimə dövlətisiyasəti fiaskoya uğradı

İran ölkəmizin nəinki regionda, bütün dünyada artan nüfuzundan narahatlıq keçirir. Türkiyə ilə Azərbaycan birliyi isə onu sözün əsl mənasında  qorxuya salıb. İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadinin türkləri monqolları İranın çoxəsrlik düşmənləri adlandırması da bunu sübut edir. Bu gün İranın əsl dostu, qardaşı Ermənistandır. Xristian qardaşının işğalçılıq siyasətini dəstəkləyən İran ona bu məsələdə hər cür yardımlar etməyə hazırdır. Ermənistanı zərbə PUA-lar ilə, 1000 kilometr məsafəyə uça bilən dronlarla silahlandırması,  "Şahed" "Ababil" PUA-ları, "Mohajer" pilotsuz təyyarələrini satmaqla Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək niyyəti bunu sübut edir. Zəngəzur dəhlizinin açılmasına maneələr yaradan  əsas qüvvə fars molla rejimidir. Belə ki, İran Azərbaycan Türkiyənin Zəngəzurda möhkəmlənməsi nəticəsində onun Ermənistan vasitəsilə Gürcüstana, oradan da Avropaya çıxış imkanlarına əngəl yaranacağından ehtiyat edir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılmasının İranın Cənubi Qafqaza təsirini minimuma endirəcəyini düşünür. Lakin İran, onun yaxın dostu Ermənistan anlamır ki, Zəngəzur dəhlizinin açılması heç bir ölkəyə qarşı yönəlməyib, əksinə bu dəhlizin  işləməsi ümumilikdə bütün regionun inkişafına səbəb olacaq. Azərbaycan dəhlizə iqtisadi inkişaf regional inteqrasiya üçün həlledici həlqə kimi baxsa da, İran  birmənalı olaraq Zəngəzur dəhlizinin açılmasının əleyhinədir. İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının arxasında duran əsas amil isə onun geosiyasi narahatlıqlarıdır. İran düşünür ki, Zəngəzur dəhlizi açılsa, onun ərazisindən yan keçərək Azərbaycanın  Naxçıvan  ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu isə potensial olaraq İranın bölgədəki nəqliyyat marşrutlarına təsirini nəzarətini azaldacaq. Bu mənada, İran dəhlizə qarşı çıxmaqla öz strateji əhəmiyyətini Cənubi Qafqazdakı tranzit yollarına nəzarəti qoruyub saxlamağı hədəfləyir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Zəngəzur dəhlizinin reallaşmasına Ermənistan deyil, İran imkan vermir" fikirləri bunu bir daha təsdiq edir.

İran heç zaman Cənubi Qafqazda regional təhlükəsizliyin yaradılmasına əməkdaşlığın inkişafına töhfə verməyib. Sadəcə ikiüzlü, riyakar siyasəti ilə gözdən pərdə asıb. Ona görə İranın Cənubi Qafqaz siyasətinin əsas  mahiyyətini məqsədlərini üzə çıxarmaq heç asan olmayıb. İkinci Qarabağ müharibəsindən sonra isə molla rejiminin illərlə  gizli saxladığı xəbis niyyəti üzə çıxdı. Azərbaycanın Cənubi Qafqazın lider dövləti, dünya birliyində  böyük nüfuza sahib olmasını həzm edə bilməyən islam ölkəsi Azərbaycanın qatı düşməninə çevrildi. Lakin bütün bu əməlləri, yalan təbliğatı təzyiqləri ilə Azərbaycanın nüfuzuna, dünya birliyindəki mövqeyinə xələl gətirə bilmədi. Bu isə İran diplomatiyasının fiaskosudur.

Mehparə ƏLİYEVA,

"Respublika".