“Twitter” reklam gəlirinin yarısını itirib
Dünya xəbərləri

“Twitter” reklam gəlirinin yarısını itirib

Keçən ilin oktyabrında İlon Mask tərəfindən 44 milyard dollara satın alındıqdan sonra “Twitter” reklam gəlirinin demək olar ki, yarısını itirib. 

"Respublika" BBC-yə istinadən xəbər verir ki, Musk şirkətin iyun ayında gözlənilən satış artımını görmədiyini, lakin iyul ayının bir az daha perspektivli olduğunu əlavə edib. İlon Mask 2022-ci ildə “Twitter”i aldıqdan sonra xərcləri azaltmaq məqsədi ilə 7500 işçinin təxminən yarısını işdən çıxarıb.

Rəqib tətbiq “Threads” isə bəzi hesablamalara görə, hazırda 150 milyon istifadəçiyə malikdir.

“Twitter” isə ağır borc yükü altında mübarizə aparmağa davam edir. Hazırda nağd pul axını mənfi olaraq qalır.

Töhfə SƏMƏDOVA,

"Respublika".