Türkiyədə 13 terrorçu, o cümlədə FETÖ terror təşkilatının 9 üzvü saxlanılıb
Dünya xəbərləri

Türkiyədə 13 terrorçu, o cümlədə FETÖ terror təşkilatının 9 üzvü saxlanılıb

Ötən həftə ərzində Türkiyə sərhədini pozan 13 terrorçu, o cümlədən FETÖ terror təşkilatının 9 üzvü saxlanılıb.

"Respublika" "Hürriyet" qəzetinə xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ümumilikdə sərhədi pozmağa çalışan 179 şəxs saxlanılıb

3076 şəxsin isə sərhədi pozmasının qarşısı alınıb. Beləliklə, il ərzində sərhədi qanunsuz şəkildə pozan 4931 şəxs saxlanılıb. Onlardan 369-u terrorçu, 245-i isə FETÖ üzvü olduğu bildirilib.

Tacir SADIQOV,

"Respublika".