“Daniel” qasırğası Liviyaya qədər irəliləyib
Dünya xəbərləri

“Daniel” qasırğası Liviyaya qədər irəliləyib

Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası Liviyaya çatıb.

"Respublika" xəbər verir ki, bu barədə "IntelliNews" məlumat yayıb.

Bildirilib ki, yerli hakimiyyət fırtına səbəbli ehtiyat tədbiri olaraq dörd böyük neft limanını bağlamağa məcbur qalıb. Ərəbistan Meteorologiya Mərkəzi ölkədə leysan yağış yağacağı, ildırım çaxacağı, daşqın olacağı barədə məlumat yayıb.

Liviyanın baş naziri Usamə Hammad ölkənin şərqində təhlükəsizlik, səhiyyə və təcili xidmətlər istisna olmaqla, bütün sektorlar üçün iki günlük tətil olacağını açıqlayıb.

Nəzrin ELDARQIZI,

"Respublika".