Türkiyə Xarici İşlər Naziri İrana gedəcək
Siyasət

Türkiyə Xarici İşlər Naziri İrana gedəcək

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada nazir Hakan Fidanın danışıqlar aparmaq üçün İranın paytaxtı Tehrana gedəcəyi bildirilib.

"Respublika" xəbər verir ki, bu barədə Nazirlikdən açıqlama verilib.

Türkiyə XİN bildirib : "Hörmətli nazir, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə 3 sentyabr 2023-cü il tarixində İran İslam Respublikasına səfər edəcək. Nazirimiz Tehranda yüksək səviyyəli görüşlər keçirəcək. Hər bir sahədə təkmilləşdirmə imkanları müzakirə olunacaq, cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq". 

Nurcan SÜLEYMANOVA, 

 "Respublika"