Türkiyə və Azərbaycanın XİN rəhbərləri birgə bəyanat yayıb
Siyasət

Türkiyə və Azərbaycanın XİN rəhbərləri birgə bəyanat yayıb

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra nazirlər kameralar qarşısına keçib.

Nazir Fidan bildirib: "Laçın yolu, bilirsiniz, Azərbaycan torpağıdır. Ona görə də Azərbaycan lazım bildiyi tədbirləri görür. Gördükləri tədbirlər onların ən böyük suveren hüquqlarından biridir. Tibbi keçidlər hazırda mümkündür. Kompleks material daşınması üçün uyğun olan digər marşrutlar da mövcuddur. Bütün bunlara nəzər salsaq, Azərbaycanın bu mövzuda tənqid olunmasını düzgün yanaşma hesab etmirik".

Töhfə SƏMƏDOVA,

"Respublika".