Türkiyə Ali Məhkəməsi sədrinin və Baş prokurorunun Naxçıvana səfəri başlayıb
Siyasət

Türkiyə Ali Məhkəməsi sədrinin və Baş prokurorunun Naxçıvana səfəri başlayıb

Bu gün Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri başlayıb.

“Respublika” xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Daha sonra
, Azərbaycanın Baş prokuroru Kamran Əliyev, M.Akarca, B.Şahin və digər qonaqlar Heydər Əliyev Muzeyinə gəliblər. Onlar dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.