“Turkic.world”:  Azərbaycan və Mərkəzi Asiya “yaşıl enerji” dəhlizinin yaradılması üzərində işləyir
Diaspora

“Turkic.world”: Azərbaycan və Mərkəzi Asiya “yaşıl enerji” dəhlizinin yaradılması üzərində işləyir

Azərbaycan “yaşıl enerji” dəhlizinin yaradılması üzrə bir sıra Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir.

“Turkic.world”un verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə keçirilən Yaşıl Hidrogen Sammitində deyib. "Hazırda biz Aİ ilə “yaşıl enerji” dəhlizini inkişaf etdiririk. Bu təşəbbüs Azərbaycanda hasil edilən bərpaolunan enerjinin Avropaya nəqlini nəzərdə tutur. Yaşıl hidrogenin mühüm rol oynadığı yaşıl dəhlizin yaradılması üçün bizi Qazaxıstan və Özbəkistanla birləşdirən başqa bir layihəmiz də var”, - deyə o bildirib. Nazir P. Şahbazov qeyd edib ki, yaşıl hidrogen sənayesinin inkişafı üçün görüləsi işlər çoxdur.

Röya RÜSTƏMLİ,

“Respublika”.