TOVUZ: PROBLEMLƏR HƏLLİNİ TAPIR
Region

TOVUZ: PROBLEMLƏR HƏLLİNİ TAPIR

Qəzetimizin tənqidi çıxışından sonra

"Respublika" qəzeti hər zaman bölgələrdə müxtəlif sahələrdə mövcud olan problemləri işıqlandırır. Eyni zamanda, qaldırılan məsələlər daim diqqətdə saxlanılır. Qəzetin 26 iyun 2023-cü il tarixli sayında "Tovuzun bərbad elektrik təsərrüfatı" sərlövhəli tənqidi yazıda rayonun Əsrik Cırdaxan kəndində elektrik təsərrüfatındakı bir sıra nöqsanların olduğu qeyd olunmuşdur. Sakinlərdən aldığımız məlumata görə, hazırda elektrik verilişində vəziyyət əhəmiyyətli dərəcədə dəyişmişdir.

Kənd ərazisində işlək vəziyyətdə olan güc transformatorların ətrafına təhlükəsizliyi təmin etmək üçün qoruyucu metal torlar quraşdırılması və digər çatışmazlıqların aradan qaldırılması işləri davam etdirilir.

Tovuz elektrik şəbəkə idarəsinin rəhbərliyi bildirdi ki, yaxın zamanlarda Əsrik Cırdaxan kəndində elektrik təsərrüfatında mövcud olan problemlər tamamilə aradan qaldırılacaqdır.

Vəli VƏLİYEV,

"Respublika".