800 illik riyazi nəzəriyyə Ayda naviqasiyaya yol aça bilər
Elm

800 illik riyazi nəzəriyyə Ayda naviqasiyaya yol aça bilər

Macarıstanda tədqiqatçılar Ay üçün qlobal naviqasiya peyk sisteminə (GNSS) ehtiyac olduğunu nəzərə alaraq, 800 illik riyazi nəzəriyyə olan Fibonaççi modelindən istifadə ediblər.

“Respublika” “Cumhuriyet”ə istinadən xəbər verir ki, tədqiqatçılar italyalı riyaziyyatçı Leonardo Fibonaççinin "Fibonaççi" modelindən istifadə edərək Ayın fırlanma ellipsoidini hesayıblar.

Cziraki və Timar adlı tədqiqatçılar, əvvəllər NASA-nın apardığı ölçmələrdən istifadə edərək, Ayın səthinin 100.000 nöqtəsinin xəritəsini çəkmək üçün Fibonaççi sferasına əsaslanan hesablama modelindən istifadə ediblər. Bu, Ayın fırlanma ellipsoidini təsvir edən yarı böyük və yarı kiçik oxlar üçün daha dəqiq rəqəmlərlə nəticələnib. Ayın qütblərinin onun mərkəzinə ekvatordan təqribən yarım kilometr yaxın olması nəzərə alınaraq, bu işin gələcək ay GPS-ə daxil edilməsinin Ayda saxta dönüşlərin sayını azaltmağa kömək edəcəyi qeyd edilib. Tədqiqatçılar öz texnikalarını Yerin fırlanan ellipsoidinə tətbiq etdikdə, məlumatlar digər hesablarla uyğunlaşıb və bu, hesablamanın düzgünlüyünü təsdiq edib. 

Bu tədqiqatın nəticələri gələcəkdə Aya gedən insanlar üçün daha yaxşı naviqasiya sistemləri təmin etmək, həmçinin Yerin ölçüləri və onun ətrafında hərəkət etmək üçün istifadə olunan naviqasiya sistemlərinin təxminlərini təkmilləşdirmək üçün istifadə edilə bilər. Tədqiqatçılar qeyd edib: "Gələcəkdə biz Yer kürəsində tədqiqatlarımızı genişləndirmək və müxtəlif geoid modellərindən istifadə edərək optimal ellipsoidlərdəki fərqləri araşdırmaq istəyirik".

Töhfə SƏMƏDOVA,

"Respublika".