Su ehtiyatlarından səmərəli istifadə
Region

Su ehtiyatlarından səmərəli istifadə

Şəki

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə "su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Çıxış edənlər su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu istiqamətdə rayonda həyata keçirilən iri layihələr barədə məlumat veriblər.

Tədbirdə, həmçinin mövcud problemlər və onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

“Respublika”.