Bölgə xəbərləri: Qazaxın sərhəd kəndində oyun meydançası
Bölgələr

Bölgə xəbərləri: Qazaxın sərhəd kəndində oyun meydançası

Rayonun sərhəd kəndi olan Fərəhlidə köhnə, təhlükəsiz oyun meydançası təmir edilərək park kimi istifadəyə verilmişdir ki, bu da sakinlərin, xüsusilə uşaqların böyük sevincinə səbəb olmuşdur. Meydançanın yaradılması məşvərət şurasının təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Məşvərət Şurasının üzvləri ilə birlikdə Fərəhli kəndində olub, oyun meydançasında kənd sakinləri və uşaqlarla görüşüb.

Kənd sakinləri adından çıxış edən Alı Həsənov uşaqlara göstərilən qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib.

“Respublika”.