Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək
Gündəm

Aleksandr Zuyev: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq sülhü təşviq edəcək

Hər kəs bütün dünyada sülhün bərqərar olmasına çalışmalıdır. BMT artıq sülhməramlı missiyasını siyasi amilə çevirib.

"Respublika" xəbər verir ki, bu sözləri BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən plenar sessiyada deyib.

Hazırda dünyada münaqişələrin artdığını vurğulayan A.Zuyev bildirib: “Belə bir vəziyyətdə BMT-yə olan etimadın qorunması üçün əlimizdən gələni etməliyik. Əsas diqqət tərəfdaşlığa yönəldilməlidir. Hazırda bütün dini və siyasi tərəflər Bakıda bir araya gəliblər. Əminəm ki, bu forum beynəlxalq sülhü təşviq edəcək. Azərbaycan siyasi müzakirələrdə iştirakını beynəlxalq səviyyədə davam etdirir”.

Cari ilin BMT üçün xüsusi olduğuna diqqət çəkən Aleksandr Zuyev qeyd edib ki, sentyabr ayında çox mühüm bir tədbir olacaq və orada bəşəriyyət üçün gələcəkdə yarana biləcək təhdidlərlə bağlı müzakirələr aparılacaq.