Respublika fənn olimpiadalarının fizika və tarix fənləri üzrə final turu keçirilib
Elm və təhsil

Respublika fənn olimpiadalarının fizika və tarix fənləri üzrə final turu keçirilib

Fizika və tarix fənləri üzrə respublika fənn olimpiadalarının ölkə mərhələsinin final turu keçirilib.

Təhsil İnstitutundan "Respublika"ya bildirilib ki, fizika fənni üzrə 123 nəfər, tarix fənni üzrə 139 nəfər, ümumilikdə isə 262 nəfər şagird imtahanda iştirak edib. Nəticələr institutun saytı vasitəsilə elan ediləcək.