Şəhid Ülvi Mahmudzadənin xatirəsinə bulaq kompleksi
Region

Şəhid Ülvi Mahmudzadənin xatirəsinə bulaq kompleksi

Bu günlərdə rayonun Alakol kəndində şəhid Mahmudzadə Ülvi Məzahir oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Mərasimdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, RİH başçısı aparatının məsul işçiləri, şəhidin yaxınları, şəhid ailələri, qazilər kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən RİH başçısının birinci müavini Rəşad Zeynalov Ülvi Mahmudzadə kimi qəhrəman hərbçilərimiz sayəsində müharibədən sonra baş verən təxribatların qarşısının uğurla alındığını qeyd etmişdir.

Digər çıxışlarda tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən Ülvi Mahmudzadənin gənclərə nümunə olan qısa şərəfli ömür yolundan bəhs olunmuşdur.

Ülvi Məzahir oğlu Mahmudzadə 1991-ci il mayın 31- Tovuz rayonunun Alakol kəndində anadan olub. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmiş, sonra isə yenidən orduya qayıdaraq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir.

2022-ci il sentyabrın 12-si gecə 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın Zəngilan istiqamətlərində törədilmiş genişmiqyaslı təxribat zamanı Ülvi Mahmudzadə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş, Tovuz rayonunun Alakol kənd qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə əsgər Mahmudzadə Ülvi Məzahir oğlu "3- dərəcəli Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vəli VƏLİYEV,

"Respublika".