Şəhid adına ehtiram, ailələrinə qayğı daimidir
Sosial həyat

Şəhid adına ehtiram, ailələrinə qayğı daimidir

Astara rayonu İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda 41 şəhid verib. Bu xalq öz şəhid oğlanlarının xatirəsini əziz tutur, onlarla qürur duyur, ailələrinə hər zaman, hər yerdə böyük hörmət göstərirlər. Və bunu mənəvi borc bilirlər.

Bu günlərdə rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova, eyni şöbənin məsul işçiləri və rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə Vətən, torpaq uğrunda can qoyub şəhidlik zirvəsinə ucalan Kamran Cəlal oğlu Seyfullazadənin, Elkiyar Abdulla oğlu Məmmədovun, Nurlan Əlövsət oğlu Rəhimovun ailə üzvlərinə baş çəkmişlər. Onların qayğıları öyrənilib, lazımi köməklik göstərilib. Həm də söhbət zamanı bildirilib ki, şəhidlər xalqımızın azadlıq, müstəqilik, qəhrəmanlıq simvoludur. Onların şərəfini uca tutmaq, ailələrinə qayğı göstərmək həmişə olacaq.