Ötən ayda müxtəlif sahələr üzrə 5453 elektron arayış alınıb
Sosial həyat

Ötən ayda müxtəlif sahələr üzrə 5453 elektron arayış alınıb

DSMF-nin 22 mayda paylaşdığı məlumatda bildirilir ki, 2023-cü ilin aprel ayı ərzində DSMF-nin fəaliyyət istiqamətləri üzrə 5 453 elektron arayış alınıb. Bu arayışların 1 842-si pensiya, 2 355-i müavinət və təqaüd, 682-si fərdi şəxsi hesab, 138-i ünvanlı dövlət sosial yardımı, 75-i torpaq pay mülkiyyətçisi, 169-u sosial sığorta şəhadətnamə nömrəsi, 90-ı şəhid ailəsi üzvü, 18-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 51-i sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 32-si əlilliyi olan şəxslərə qulluq, 1-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.