Sankt-Peterburqda MDB dövlət başçılarının iclası keçirilib
Siyasət

Sankt-Peterburqda MDB dövlət başçılarının iclası keçirilib

Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Rusiya Prezidenti Vladimir Putin iclasda çıxış edib.

AZƏRTAC