Qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürən Ümummilli Lider
Digər xəbərlər

Qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürən Ümummilli Lider

Müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, milli həmrəylik bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndərin həm SSRİ dönəmində, həm müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan müstəsna işlər görülüb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanması 1990- ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. 1992-ci ilin martında Azərbaycanda siyasi gərginlik daha da artmışdı. A.Mütəllibov respublikanı idarə edə bilmirdi. Belə bir vəziyyətdə ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı genişlənmişdi. Hərbi quruculuq işi olduqca aşağı səviyyədə idi. Nizami ordu yaradılmamışdı. Hərbi əməliyyat planları peşəkar hərbçilər tərəfindən deyil, diletantlar, həvəskarlar tərəfindən işlənib hazırlanırdı. Ordunun əsas hissəsi könüllülərdən ibarət olduğundan çox hallarda döyüşçülər nizami ordunun tələblərinə, nizamnamə qaydalarına əməl etmirdilər. Fərarilik təxribat geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı heç bir tədbir görmürdü. Orduya rəhbərlik dözülməz halda idi. Belə vəziyyətdə torpaqların işğalı davam edirdi. Heç bir idarəçilik təcrübəsi olmayan, mitinq tribunasından hakimiyyətə gələn cəbhəçilər Azərbaycanı daha fəlakətli vəziyyətə saldılar. Azərbaycan xalqı hələ 1988-ci ildən mitinqlərdə Azərbaycanın xilas yolunu yalnız ulu öndər Heydər Əliyevdə görürdü. Ulu öndərin respublikaya qayıtmasını təkidlə, qətiyyətlə tələb edirdilər. Lakin keçmiş kommunist rəhbərləri, silahlı çevriliş yolu hakimiyyətə gələn yalançı demokratlar - Xalq Cəbhəsinin liderləri ulu öndər Heydər Əliyevin gəlməsinə tərəfdar deyildilər. Onları xalqın, dövlətin taleyi maraqlandırırdı.

Beş ildən artıq bir müddətdə davam edən böhran 1993- ilin əvvəlindən daha da dərinləşməyə başlamışdı. Daxili dağıdıcı xarici qızışdırıcı qüvvələrin fəal əməkdaşlığı nəticəsində Azərbaycanın parçalanmasına etnik separatizmə, vətəndaş müharibəsinə şərait yaranmışdı. Azərbaycan dövləti böhran keçirirdi. AXC-Müsavat rejimi təhlükəli prosesin qarşısını almaqda tamamilə aciz vəziyyətdə qalmışdı. 1993- ilin aprelində erməni silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı Azərbaycanda siyasi böhranı son həddə çatdırmışdı. Daxildə soyğunçuluq, korrupsiya, banditizm hökm sürürdü. Hər kəs istədiyi kimi öz problemlərini həll edirdi. Azərbaycan dünya xəritəsindən silinmək üzrə idi. Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı ulu öndər Heydər Əliyevə müraciət etdi.

Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu böyük təcrübəyə malik görkəmli dövlət siyasi xadim, Azərbaycanın böyük oğlu ulu öndər Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin yanına dəstə-dəstə adamlar - nümayəndələr gəlir, teleqramlar göndərilirdi. AXC-Müsavat rejimi ölkəni saldıqları ağır vəziyyətdən çıxarmaqda aciz olduqlarından, yaratdıqları problemləri həll etməkdən çıxış yolu tapa bilmədiklərindən, xalq tarix qarşısında məsuliyyətdən qorxaraq xalqın ədalətli tələbi qarşısında dayana bilmədilər. Nəticədə Əbülfəz Əliyev Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalq Cəbhəsi ölkəni bərbad hala salmışdı. Özlərinin faciəli sonluğunu görən Əbülfəz Elçibəy xalqın qorxusundan Heydər Əliyevi Bakıya çağırırdı ki, ölkəni bu vəziyyətdən qurtarsın. Ulu öndər deyirdi: "Güc işlənməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur bu prinsipləri əsas tutaraq, mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm".

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi onun yürütdüyü uğurlu daxili xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Fərid MUSTAFAYEV,

AMEA Torpaqşünaslıq Aqrokimya İnstitutu.