Milli Məclisin sədri Rusiya Federasiyasına işgüzar səfər edib
Digər xəbərlər

Milli Məclisin sədri Rusiya Federasiyasına işgüzar səfər edib

Aprelin 12- Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura 55-ci plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın 55-ci plenar iclasında çıxışı iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinin tərkibinə deputatlar Nizami Səfərov, Mixail Zabelin, Rasim Musabəyov, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev digər rəsmi şəxslər daxildir.