Ali Məhkəmədə Avropa Şurasının nümayəndə heyəti ilə görüş
Digər xəbərlər

Ali Məhkəmədə Avropa Şurasının nümayəndə heyəti ilə görüş

Martın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Ali Məhkəmə sədrinin müavini Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin orada tətbiq olunan texnologiyanın öyrənilməsində bununla da Ali Məhkəmənin fəaliyyətinin institusional olaraq artırılmasında maraqlı olduğunu bildirib.

Görüş zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər, Ali Məhkəmədə aparılan struktur islahatları, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər, eləcə Ali Məhkəmə tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının ölkə məhkəmələrində öyrənilməsi tətbiqi istiqamətində görülən işlər Avropa Şurasının "Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində görülən işlər barədə müzakirələr aparılıb.

Həmçinin Ali Məhkəmənin Avropa Şurası təsisatları ilə əməkdaşlıq münasibətləri, həyata keçirilən layihələr çərçivəsində ötən ilin noyabrında Ali Məhkəmədə təşkil olunan seminarlar, eləcə bu yaxınlarda Strasburqda təşkil edilən tədris səfərinin əhəmiyyəti bu cür əməkdaşlığın ölkəmizdə aparılan islahatlara müsbət təsiri qeyd olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ülvi QARAYEV,

Respublika”.