Qəmzə Yusubova:
MÜSAHİBƏLƏR

Qəmzə Yusubova: "Aksiyanı dayandırsaq da, son nəticəni əldə etmək üçün gözləyəcəyik"

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdük. Aydın Kərimov bizə Laçında nəzarət-keçid məntəqəsinin yaradılması ilə bağlı məlumat verdi, aksiyanın dayandırılmasını təklif etdi. Biz ona bu məsələnin aksiya iştirakçıları ilə müzakirə etdikdən sonra cavab verəcəyimizi bildirdik. Artıq bu gün aksiyanın dayandırılması ilə bağlı bəyanatımızı elan etdik. Əslində, biz nəticələrə qismən nail olmuşuq.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə məxsusi müsahibəsində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova deyib.

"Sərvətlərimizin talanmasına son qoyulması, dövlət qurumlarının qanuni torpaqlarımızda monitorinqlərin aparılmasına Rusiya sülhməramlı kontingentinin komandanlığının şərait yaratması ilə bağlı tələblərimiz öz qüvvəsindədir. Biz gözləmə mövqeyindəyik, aksiyanı dayandırsaq da, son nəticəni əldə etmək üçün gözləyəcəyik. Əgər tələblərimiz yerinə yetirilməsə, aksiyanı davam etdirmək bizim hüququmuzdur aksiyamızı yenidən başlada bilərik", - deyə o vurğulayıb.