Moldova parlamentinin sədri kimi ilk dəfədir ölkənizə səfər edirəm. Biz çox istəyirik ki, parlament platformasında əməkdaşlığı bərpa edək. Yaxşı ideyalar var.
AZƏRTAC xəbər verir ki, bunu fevralın 21-də Azərbaycana rəsmi səfərə gələn Moldova parlamentinin sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib.
"Moldovada Azərbaycanın diaspor nümayəndələri aktiv fəaliyyət göstərirlər. İnanıram ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyəyə yüksələcək", - deyə parlamentin sədri əlavə edib.
AZƏRTAC