Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb
Siyasət

Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb

Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.

Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.