Digər xəbərlər

"Qanunun aliliyi" ilə "hüququn aliliyi" arasında ziddiyyət problemi

Mülahizələr, təkliflər

Ölkənin gələcək inkişafı ilə bağlı hüquq sahəsində mühüm məsələlərin gündəmə gətirilməsi bu gün aktualdır. Həmin məsələlər sırasında Konstitusiyanın müəyyən müddəaları da yer alır. Bunu nəzərə alaraq "Qanunun aliliyi" ilə "hüququn aliliyi" arasında ziddiyyət problemi" adlı yazını oxuculara  təqdim edirik.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, habelə ona əlavə dəyişikliklər ümumxalq referendumlarında (12 noyabr 1995-ci il, 24 avqust 2002-ci il, 18 mart 2009-cu il 26 sentyabr 2016- il tarixli) qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 2-ci 3- maddələrinin müddəalarına əsasən, referendum xalqın suveren hüququnun həyata keçirilməsi yollarından biridir dövlət əhəmiyyətli ən mühüm məsələlərdə xalqın iradəsini əks etdirir. Bu mənada, referendum birbaşa demokratiyanın təzahürüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində dövlətin demokratik mahiyyətinin göstəricisi öz əksini tapırsa, Preambulasında demokratik sistemin təminatı təsbit edilir. İnsan hüquqlarına Konstitusiyanın III fəslində (24-71-ci maddələr) toxunulur. Lakin "hüququn aliliyi" hüququn prinsipi kimi Konstitusiyada lazımi səviyyədə təsbit olunmayıb. Konstitusiyanın Preambulasında kifayət qədər mübahisəli görünən fərqli bir ifadə - "qanunların aliliyi" yer alıb. Xüsusən , Konstitusiyanın Preambulasında "xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq" niyyəti rəsmi şəkildə bəyan edilir. 1991-ci il oktyabrın 18- qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 11-ci maddəsində bir qədər fərqli tərtibatda "qanunun aliliyi" ifadəsi öz əksini tapmışdır: "Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna qanunun aliliyinə təminat verir".

Hüququn aliliyi Azərbaycan Respublikasının da qoşulduğu "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının (1950) Preambulasında öz əksini tapmışdır. Preambulada vurğulanır ki, dövlətlərin hökumətləri "ümumi istəkdən irəli gəlir ümumi siyasi ənənələrin, idealların, azadlıqların hüququn aliliyi irsinə malikdirlər".

"Hüququn aliliyi" anlayışı milli beynəlxalq hüquq doktrinasında, eləcə siyasi fəlsəfədə mürəkkəb mübahisəli məsələlərdən biridir. Bundan əlavə, məsələni mürəkkəbləşdirən əsas amil həmin anlayışa dar ya geniş mənada baxılmasıdır. Hər bir cəmiyyətdə hamıya eyni dərəcədə şamil olunan hüquq olmalı "heç kim hüquqdan üstün olmamalıdır". Eyni zamanda, bütün mübahisəli məsələlər hökumətin diskresion hərəkətləri ilə deyil, hüquq əsasında qanunla müəyyən olunmuş qaydada həll edilməlidir. Hüququn aliliyi həm qanunların özlərinə qarşı tələblərin nisbətən geniş spektrini, onların müəyyənliyini, əlçatanlığını, açıqlığını, formasının universallığını təcrübədə tətbiqini əhatə edir. Hüququn aliliyi prinsipi insan hüquqları demokratiya ilə sıx bağlıdır, onların fəaliyyətini təmin edir.

"Hüququn aliliyi"nin mahiyyətini tam başa düşmək üçün BMT Baş Katibinin "Münaqişə Postmünaqişə cəmiyyətlərdə hüququn aliliyi keçid dövrünün ədalət mühakiməsi" adlı hesabatında verilmiş anlayışa müraciət etmək yerinə düşər. Xüsusilə bu hesabatın 6- bəndində "hüququn aliliyi" aşağıdakı kimi müəyyən edilir: "Bu, dövlətin özü daxil olmaqla, bütün dövlət özəl şəxslərin, qurumların, strukturların publik qaydada qəbul edilmiş, məhkəmə sistemi tərəfindən bərabər müstəqil şəkildə həyata keçirilən beynəlxalq insan hüquqları norma standartlarına uyğun olan fəaliyyət kimi dəyərləndirilir. Bu məqsədlə, hüququn üstünlüyü, qanun qarşısında bərabərlik, cavabdehlik, qanunların qərəzsiz tətbiqi, hakimiyyət bölgüsü, qərarların qəbulunda iştirak, hüquqi müəyyənlik, özbaşınalığın qarşısının alınması prosessual hüquqi şəffaflıq prinsiplərini təmin edəcək zəruri tədbirlərə ehtiyac duyulur".

Doktrina qeyri-hökumət təşkilatlarının nümayəndələri iddia edirlər ki, aşağıdakı dörd xüsusiyyət mütləq "hüququn aliliyi" xasdır:

1. Dövlət aparatı, onun vəzifəli şəxsləri rəsmiləri, habelə fiziki hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar;

2. Qanunlar aydındır, rəsmi dərc olunur, sabitlik tələblərinə cavab verir, vahid şəkildə tətbiq edilir əsas hüquqların, o cümlədən insanların əmlakın təhlükəsizliyinin qorunması məqsədi daşıyır;

3. Qanunların qəbulu, icrası təmin edilməsi prosesi əlçatan, ədalətli səmərəlidir;

4. Ədalət mühakiməsi kifayət qədər sayda, kifayət qədər resurslara malik xidmət etdikləri cəmiyyətin strukturunu əks etdirən səlahiyyətli, mənəvi müstəqil nümayəndələr bitərəflər tərəfindən həyata keçirilir.

Bununla belə, "hüququn aliliyi" prinsipinin başa düşülməsi şərh edilməsində problemlər var. Bəzi hallarda təcrübədə anlayışların çaşqınlığı ya dəyişdirilməsi nəticəsində "hüququn aliliyi" anlayışının fərqli məzmunu ilə rastlaşırıq. Yaxın keçmişdə bəzi ölkələrdə "hüququn aliliyi"nin mahiyyəti o qədər təhrif edilmişdir ki, o, "qanunun aliliyi" ya "qanunvericilik əsasında idarəetmə", hətta "norma əsasında qanun" kimi başa düşülürdü. Bu cür şərhlər bəzi hallarda hökumətlərin avtoritar hərəkətlərinə haqq qazandırmaq üçün istifadə olunub onlar bu gün "hüququn aliliyi" anlayışının əsl mənasını əks etdirmir.

Onu da vurğulamaq lazımdır ki, konsepsiyada qanunun aliliyinin qanunun diktaturası ilə əvəzlənməsinə yol verilməməsi vacibdir.

"Hüququn aliliyi" "qanunun aliliyi" anlayışlarının zahiri oxşarlığına baxmayaraq, onlar eyni deyil. Səthi bir baxışla belə, onların arasında kifayət qədər əhəmiyyətli fərq olduğunu aşkar etmək asandır. Əvvəla, bu anlayışlar arasındakı fərq onların əhatə dairəsində ifadə olunur. Aydındır ki, "hüquq" anlayışı "qanun(lar)" anlayışından daha genişdir, çünki birincisi hüquq norma prinsiplərinin məcmusudur, ikincisi isə hüququn mənbəyi, hüquq normalarının ifadə konsolidasiyasının zahiri forması, yəni normativ qanunvericilik aktıdır. Məhz bu "hüququn aliliyi" "qanunun aliliyi" anlayışlarını fərqləndirir. Bununla belə, bu anlayışlar arasında daha əsaslı fərqi mahiyyəti mənası kontekstində müşahidə etmək olur. "Hüququn aliliyi" kifayət qədər mürəkkəb sistem kimi hüququn üstünlüyü deməkdir. Bu arada, "qanunun aliliyi" dedikdə, ilk növbədə, normativ qanunvericilik aktlarının üstünlüyü ya dominantlığı başa düşülə bilər. "Hüququn aliliyi" "qanunun aliliyi" anlayışları arasındakı fərqin başqa bir cəhəti ondan ibarətdir ki, məsələ müəyyən mənada təbii hüquq pozitiv hüquq arasındakı əlaqəyə əsaslanır.

Əgər, qanunlar hüquqa uyğundursa, prinsipcə heç bir problem yaşanmır. Qanunun hüquqa uyğun olmadığı ya zidd olduğu hallarda vəziyyət mürəkkəbləşir. Ümumiyyətlə, "qanunun aliliyi" bu imkanı gücləndirir qoruyur. Bu, qanuna ya hüquqa tabe olmaq dilemmasına səbəb olur.

İkinci Dünya müharibəsindən əvvəl həmin dövrdə baş vermiş, bəşəriyyətə ağlasığmaz kədər gətirən faciəli hadisələrin arxasında duran amillərdən biri 1930-1940- illərdə nasist Almaniyasında pozitiv qanunun hüquq üzərində mütləq üstünlük təşkil etməsi ideyası təcrübəsi olmuşdur. Bu kontekstdə ən uyğun nümunə Adolf Hitlerin müəllifi olduğu 15 sentyabr 1935-ci ildə Nürnberq Konqresində nasist partiyası tərəfindən təsdiq edilmiş iki irqi hüquqdan məhrumetmə tədbiri olan Nürnberq Qanunlarıdır. Birincisi, Reichsbürgesetz - yəhudiləri "dövlətin subyektləri" adlandıraraq Almaniya vətəndaşlığından məhrum etdi. Digəri, Blutschutzgesetz isə yəhudilər "alman ya qohum qanı olan vətəndaşlar" arasında nikah ya cinsi əlaqəni qadağan edirdi. Bu tədbirlər, ilk növbədə, Holokosta səbəb olan siyasət təcrübələr üçün "hüquqi" çərçivəni müəyyənləşdirən ilk irqçi nasist qanunlarının qəbulu ilə nəticələndi. Hər iki qanun, eləcə onlardan sonra qəbul olunan digər qanunlar alman yəhudilərinin marjinallaşmasına, onların ayrı-seçkiliyinə, həbsinə məhvinə səbəb oldu.

Bu "qanunlar" hüquqla uzlaşırdımı? İllər sonra bu sualın cavabını Nürnberq Tribunalının hökmü verdi. İlk dəfə olaraq "bəşəriyyətə qarşı cinayət" anlayışını formalaşdıran Nürnberq Tribunalının Nizamnaməsinin 6- maddəsində tövsifedici əlamətlər kimi cinayətlərin, qırğınların, köləliklərin digər qəddarlıqların "müharibəyə qədər müharibə zamanı" törədilməsini, habelə "bu əməllərin törədildiyi ölkənin daxili qanunlarına zidd olub-olmaması" qeyd edilir. Başqa sözlə, müəyyən əməllər milli qanunlara uyğun olaraq törədilsə , hüquqazidd olduğu üçün cinayət təşkil edirdi.

Beynəlxalq məhkəmə qeyri-məhkəmə mexanizmləri müəyyən mənada beynəlxalq hüquq kontekstində hüquq qanun arasında ziddiyyətlərin aradan qaldırılmasına xidmət edir.

Məlumdur ki, ümumilikdə Konstitusiya bir sənəd kimi əsas ideyaları, dəyərləri prinsipləri əks etdirir, dövlətin qurulduğu fəaliyyət göstərdiyi əsasları təsbit edir. Sonuncu dövlət quruluşu, orqanlar sistemi, idarəetmə forması, ictimai münasibətlərin hüquqi tənzimlənməsi s. məsələləri ehtiva edir. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, birbaşa tətbiq edilir milli hüquq sisteminin əsasını təşkil edir. Məsələn, bu, Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində göstərilib. Bu mənada, Konstitusiya haqlı olaraq "Əsas Qanun" adlanır. Məhz konstitusiyanın bu normaları qanunvericilik normalarında təcəssüm olunan dəqiqləşən hüquqi tənzimləmənin əsas məzmununun mühüm çərçivəsini müəyyən edir.

Preambulanın müddəaları, təbii ki, operativ normalar deyil. Konstitusiyanın giriş hissəsinin müddəalarında adətən bu aktın qəbul edilməsinin məqsədləri, əsas ideyaları, prinsipləri, motivləri əksini tapır. Onlar operativ normaların başa düşülməsi tətbiqi üçün vacibdir, çünki normaların təfsiri preambulanın müvafiq müddəaları prizması üzərindən aparılır.

Bu mənada, çox paradoksal vəziyyət yaranır. Bir tərəfdən, qanunvericilik aktları Konstitusiyanın operativ normalarının müddəalarına uyğun olmalı ziddiyyət təşkil etməməlidir. Qanunvericiliyin təfsiri tətbiqi konstitusiyanın operativ normalarının müddəaları nəzərə alınmaqla həyata keçirilir. Eyni zamanda, preambulanın müddəaları konstitusiyanın operativ normalarını özlüyündə aydınlaşdırır onların təfsiri tətbiqi zamanı nəzərə alınır.

Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 151-ci maddələri "qanunların aliliyi" haqqında Preambula müddəasının prizmasından şərh edildikdə müəyyən ziddiyyətlərlə üzləşmə ehtimalı mövcuddur. Konstitusiyanın 12-ci maddəsində Preambulanın çərçivəsindən daha geniş mövqe sərgilənir. Belə ki, həmin maddədə Konstitusiyada sadalanan insan hüquq azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi müddəası əks olunur.

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktları sadalayan Konstitusiyanın 148-ci maddəsindən bəlli olur ki, tək qanunların aliliyini bəyan etmək digər aktların, o cümlədən beynəlxalq müqavilələrin həmin maddənin müddəalarını məhdudlaşdırmış olur. Digər tərəfdən isə Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsi beynəlxalq dövlətlərarası müqavilələrin üstünlüyünü tanıyır. Burada qeyd etmək lazımdır ki, beynəlxalq müqavilənin mövcudluğu ya onun qüvvəyə minməsi hər zaman həmin müqavilələrin dövlətlər üçün öhdəlik yaratmasını əks etdirmir. Belə ki, beynəlxalq müqavilə yalnız dövlət tərəfindən ona hüquqi qüvvə verildiyi halda bu dövlətlər üçün məcburi xarakter daşıyır. Lakin bu şərtin olmaması dövlətin həmin müqavilələrə istinadını istisna etmir.

"Normativ-hüquqi aktlar haqqında" Qanunun müddəaları, Konstitusiyanın müddəalarından fərqli olaraq beynəlxalq hüququn norma prinsip üstünlüyünü tanıyır. Öncə qeyd olunduğu kimi, Konstitusiya bunlara münasibət bildirmir yalnız beynəlxalq müqavilələri qanunvericilik sisteminin tərkib hissəsi kimi tanıyır. Lakin buna baxmayaraq, norma prinsiplərin milli qanunvericilikdə hüquq sisteminin tərkib hissəsi kimi tanınmasından asılı olmayaraq, dövlətlər qarşılıqlı münasibətlərdə onlara riayət etməyə borcludur. Vurğulamaq lazımdır ki, əksər beynəlxalq müqavilələrin Preambulası dövlətləri beynəlxalq-hüquqi prinsiplərin tanınmasına çağırmaqla, onların əlavə milli qanunvericiliyə daxil edilməsinə ehtiyac duymur. Bu baxımdan, "Normativ-hüquqi aktlar haqqında" Qanun demək olar ki, Konstitusiyanın müddəalarını genişləndirmişdir. Belə ki, qanunun 8.0.3- maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsində göstərilən prinsiplərlə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip normalarının üstünlüyü əsasında da həyata keçirilir.

Bütün bunlar Konstitusiyanın Preambulasında "qanunların aliliyi" ifadəsinin Konstitusiyanın digər müddəalarında ümumiyyətlə Azərbaycan Respublikasının qanunvericilik sistemində ehtiva olunan "hüququn aliliyi" ideyasını kölgə altına alındığını əks etdirir.

Beləliklə hüququn aliliyi azadlıq, ədalət, bərabərlik s. kimi demokratik dəyərləri özündə birləşdirən bir dəyərdir. O, hüququn təkcə prosessual aspektlərini deyil, həm mahiyyətini əhatə edir. Hüquqi dəyərlərə uyğun gəlməyən hər hansı qanunvericilik aktı həm hüququn aliliyinin pozulmasıdır. Qanunun aliliyi hakimiyyət bölgüsü mövcudluğu şəraitində məhkəmə sisteminə yalnız özbaşına ya qanunu pozan icraedici hərəkətlərə etiraz etmək onları ləğv etmək imkanı verəcək. Lakin qanunun özü ədalətsiz özbaşına olsa belə, məhkəmə qanunvericilik fəaliyyətini dayandıra həmin aktlara etiraz edə bilməz. Bu, qanunla müəyyən edilmiş prosedur istisna olmaqla, azadlıq hüququna dair çox sərt dar anlayışdan ibarət bir hal olacaq. Prosedurun özü ədalətsiz ola bilər. Digər tərəfdən, hüququn aliliyi məhkəməyə ədalətsiz ağlabatan olmayan həm icra, həm qanunvericilik hərəkətlərini ləğv etməsinə imkan verəcək. Beləliklə, hüququn aliliyi qanunun özünün ədalətli olmasını tələb edir.

Burada bir fikirlə razılaşmaq yerinə düşər. Belə ki, ingilis professoru konstitusiya eksperti A.V.Dayseyin fikrincə, hüququn aliliyini 3 prinsip müəyyən edir: qanunun aliliyi; qanun qarşısında bərabərlik hüquqi ruhun üstünlüyü. Bir daha hüququn aliliyinin qanunun aliliyindən daha geniş sonuncunu əhatə etdiyinin şahidi oluruq.

Beləliklə, aparılmış qısa təhlil Konstitusiyada "hüququn aliliyi"nin tanınmasının qaçılmaz olduğunu əks etdirir. Odur ki, Konstitusiyanın Preambulasında "qanunların aliliyi" ifadəsini "hüququn aliliyi" ilə əvəz etməklə yanaşı, qanunvericilik hüquqtətbiqetmə proseslərinə təkan vermək, "hüququn aliliyi" prinsipini ideyasını Konstitusiyanın operativ normalarının müddəalarında da vurğulamaq xüsusən 7-ci maddəsində "hüququn aliliyi"ni əlavə etmək məqsədəuyğun olardı.

Üzeyir MƏMMƏDOV,

hüquq üzrə fəlsəfə doktoru,

Turqay HÜSEYNOV,

hüquq elmləri doktoru.