İngiltərədə su yoluxucu xəstəliklərin sayı artmaqda davam edir
Digər xəbərlər

İngiltərədə su yoluxucu xəstəliklərin sayı artmaqda davam edir

İngiltərədə suyun səbəb olduğu və uzun müddətli ishala səbəb olan "kriptosporidioz" hallarının sayı 46-ya yüksəlib. 

“Respublika” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Qurum Brixham bölgəsində "kriptosporidioz" yoluxmasının 46-ya yüksəldiyini və 100-dən çox insanda xəstəliyin simptomlarının olduğunu bildirib. UKHSA 16 min ev və müəssisəyə içmədən əvvəl suyu qaynatmağı tövsiyə edib.