Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb
Digər xəbərlər

Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb

Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin digər rəhbər heyəti iyunun 1- Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.

Bildirilib ki, komandir heyəti ilə müasir döyüşdə taktiki fəaliyyətlərin hazırlanması aparılması, hərtərəfli təminatın təşkili, müxtəlif ərazi hava şəraitində bölmələrin atəşin idarə edilməsi, eləcə digər mövzularda yeni biliklərin aşılanması məqsədi ilə metodiki məşğələlər keçirilib.

Təlim metodiki toplanışın gedişatını müsbət qiymətləndirən general-polkovnik Z.Həsənov toplanışın yekununda şəxsi heyət qarşısında çıxış edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28- Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini "parlament", "prezident", "nazir", "deputat" adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.

Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin olunması ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.

Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah hərbi texnikanın alınmasına imkan verəcək.

Sonra Azərbaycan-Ermənistan şərti sərhədi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.

Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə Ağdam, Tərtər digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.

Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə törədilə biləcək istənilən təxribatın qarşısının dərhal qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.

Nazir, həmçinin hərbi qulluqçuların bilik bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən döyüş hazırlığı tədbirlərində müasir döyüş üsulları, arsenala yeni daxil edilən silah hərbi texnikanın effektiv tətbiqi qaydalarının şəxsi heyətə öyrədilməsinin vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsini, bu qaydaların müntəzəm olaraq şəxsi heyətə çatdırılmasını, həmçinin onlara riayət olunmasına daim nəzarət edilməsini tapşırıb.

Sonda qoşun xidmətinin təşkili, xidməti sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, həmçinin mühəndis tibbi təminat üzrə zəruri tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.