Saral kəndinə dönəcəyimiz gün yaxınlaşır
Digər xəbərlər

Saral kəndinə dönəcəyimiz gün yaxınlaşır

1813 1828-ci illərdə imzalanan Gülüstan Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

Qərbi Azərbaycan ərazilərində məskunlaşdırılan haylar orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz tarixi torpaqlarından qovulması məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Qərbi Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni şovinistlərinin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Qərbi Azərbaycanın ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasında olan ermənilər 1905-1907-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin vəhşilikləri Ermənistan ərazisindəki bütün Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazlarını yaradaraq, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən erməni vandalları daha da fəallaşdılar. Qərbi Azərbaycandakı minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə məhv edildi.

1918-ci ildə ermənilər İrəvanda, Zəngəzurda, Amasiyada, Göyçədə, Vedidə, Dərələyəzdə, Zəngibasarda digər azərbaycanlılar yaşayan ərazilərdə analoqu olmayan terror hadisələri törətdilər.

Mən Qərbi Azərbaycanın Pəmbək mahalının Spitak (keçmiş Hamamlı) rayonunun Saral kəndindənəm. Spitak rayonu Bazum, Şirək Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayının hövzəsi rayonun bütün ərazisini əhatə edir. Rayonun ərazisində yerləşmiş Aredibəy, Qaçağan, Çikdəməl, Gorut, Malbənd, Göy Yoxuş, Tapanlı, Ağbulaq, Muncuqlu, Əfəndi, Hamamlı, Yaqublu digər kəndlər 1918-1920-ci illərdə erməni silahlılarının hücumuna məruz qalmış nəticədə bu kəndlərin türk əhalisi itkilər verərək doğma yurdlarını tərk etməyə məcbur olmuşlar.

1988-ci ildə yalnız Saral Qursalı sırf türk kəndi idi. Qızıltökən isə qarışıq kənd idi. Bu kəndlərin türk əhalisi 1988-ci il noyabrın sonu, dekabrın əvvəllərində faşist xislətli ermənilər tərəfindən doğma torpaqlarından zorla qovuldular. Bu zaman həm Qursalı, həm Saral kəndlərinin əhalisi ermənilərin hücumuna məruz qaldılar. Nəticədə ölən yaralananlar oldu.

Ümumiyyətlə, Qərbi Azərbaycan tarixinə görə ən qədim, coğrafi mövqeyinə görə ən strateji, təbiətinə görə ən zəngin bölgələrimizdən biri olmuşdur.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrlərdə Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qaldılar. 1948-1953- illərdə 150 min soydaşımız öz tarixi torpaqlarından zorla Azərbaycanın Kür-Araz ovalığına köçürüldü.

1970-1980-ci illərdə artıq SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Erməni şovinistləri Moskvadakı xaricdəki havadarlarından istifadə edərək 1988-ci ildə 300 minə yaxın Qərbi azərbaycanlı soydaşımızı tarixi etnik torpaqlarından zorla qovdu, nəhayət ermənilər deportasiyanın son mərhələsini reallaşdırdılar. Bu ədalətsizliyə isə Mixail Qorbaçov göz yumdu.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayırlar. Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdi.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalıları ilə görüşü oldu. Bu tədbirdə əminliklə bildirildi ki, tarixi qələbəmizdən sonra bizim əsas hədəflərimiz Qərbi Azərbaycana qayıdışdır. Bu məqsədlə, hazırda geniş şəkildə aparılır. Təkcə onu vurğulamaq lazımdır ki, may ayının birinci ongünlüyündə Almaniyanın Berlin şəhərində Qərbi azərbaycanlıların konfransı keçirilmişdir.

Qədim Oğuz elləri yolumuzu gözləyir. Gün gələcək ki, Spitakda, Saral kəndinin atlas geyimli düzlərində eloğullarımız əl-ələ verib "yallı" gedəcək, türk oğullarının bir dəli nərəsi yeddi dağı yerindən oynadacaq...

Müzəffər YUSİFOV,

"Azpetrol" MMC-nin elektronika

mühəndisi.