Ordumuz Ermənistan mövqelərini atəşə tutmayıb
Digər xəbərlər

Ordumuz Ermənistan mövqelərini atəşə tutmayıb

Müdafiə Nazirliyindən xəbər verilir ki, iyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.

Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

“Respublika”.