Nazir Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edəcək
Digər xəbərlər

Nazir Rəşad Nəbiyev Ağdaşda vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 aprel 2024-cü il tarixində Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Məumatda qeyd olunur ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

“Respublika”.