Naxçıvan MR-da da sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır
Sosial həyat

Naxçıvan MR-da da sosial ödənişlərin e-sistem üzərindən proaktiv təyinatına başlanır

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında da pensiya, müavinət təqaüdlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin tətbiqinə başlanır. Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən təyinatların e-sistemlər üzərindən həyata keçirilməsi mexanizminin qurulması işləri yekunlaşır artıq uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı ötən aydan proaktivləşdirilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr kommunikasiya şöbəsindən verilən məlumata görə, yaxın günlərdə digər müavinətlərin, pensiya təqaüdlərin e-qaydada proaktiv şəkildə təyinatına başlanacaq. Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxsə müraciətinə sənəd təqdim etməsinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı aparılacaq bu barədə ona e-qaydada məlumat veriləcək. Eyni zamanda, Muxtar Respublika üzrə pensiya alan şəxslər artıq e-sosial.az portalından pensiyaları barədə məlumat ala, habelə elektron arayışlar əldə edə bilərlər.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb. Ötən dövrdə 87,1 min pensiya, 486,7 min müavinət, təqaüd proaktiv qaydada təyin olunub.

Mustafa KAMAL,

"Respublika".