NASA öz yayım platforması üzərində çalışır
Maraqlı

NASA öz yayım platforması üzərində çalışır

NASA bu yay "NASA+" adlı öz yayım platformasını işə salır.

"Respublika" xəbər verir ki, bu barədə "NTV" məlumat yayıb.

Bildirilib ki, kosmik agentlik hazırda öz saytında buraxılış və digər tədbirləri canlı yayımlasa da, NASA+ təkcə canlı yayımları deyil, həm də orijinal video seriyalar və sənədli filmlərin kolleksiyalarını təqdim edəcək.

Platformanın reklamsız və pulsuz olacağı qeyd olunub.

Platforma iOS və Android proqramları vasitəsilə mobil cihazlarda əlçatan olacağı açıqlanıb.

Nəzrin ELDARQIZI,

"Respublika".