Mən əbədiyyət üfüqündə doğan günəşəm
Tarixi şəxsiyyətlər

Mən əbədiyyət üfüqündə doğan günəşəm

Məndə sığar iki cahan,

          mən bu cahana sığmazam!

Gövhəri-laməkan mənəm,

          kövnü məkanə sığmazam!..

Nəsimi əzəmətinə bir cahan sığarkən, özü bu cahana sığmadı, sığa bilmədi. Dünyada olduğu zaman, dünya da onun içində, daxilində oldu. Şairin yaşadığı müddətdə bir şüarı oldu - Ənəlhəq! Həq mənəm, həq məndədi dedi. Nəsimiyə görə hər varsa, kiçikdən başlayıb, böyüməyə, aliləşməyə doğru gedir. Ona görə hər bir varlıq özlüyündə böyük dünya, kainatdır. Nəsimi öz düşüncə təfəkkürünə görə yaşadığı mühitə, onu əhatə edən aləmə sığa, qərarlaşa bilmirdi. Onun üçün insan olduğundan göründüyündən daha böyük məfhum idi. Özünün dediyi kimi, kamil insan bəşəri məna daşıyırdı.

Nəsimi üçün ən ilahi varlıq insan idi. Onun azadlığı, kamilliyi idi. Elə dünyanın gözəlliyini bunda görürdü. İnsanın ağlı, təfəkkürü onun gözəlliyini, üstünlüyünü ifadə edirdi. Sufi şair olan Nəsimi üçün Tanrı da, insan da bir idi, vəhdətdə idi. bu birlikdən cahan qüvvət, qüdrət alırdı. Onun təfəkküründə düşüncəsində insan ali varlıq olmaqla bərabər, həm kainatın yönəldicisi, hərəkətverici qüvvəsi idi. Nəsimiyə görə, Allah insanı təkcə canlı varlıq kimi yaratmamışdı, dünyada hər şey insan zəkasına, iradəsinə bağlıdır. cəmi bəşər insanın əmrinə tabe, düşüncəsinə yönəlirdi. Nəsimi poeziyasının ana xəttini, qayəsini kamil insan onun təfəkkürü təşkil edirdi. Şair öz şeirlərində insanı bəşəriyyət üçün ən qiymətli varlıq kimi təsvir edir.

Hürufiliyin ən böyük təbliğatçısı sufi şair olduğu üçün bütün varlıqlara fərqli yöndən baxırdı. Onun üçün bir amal, məqsəd olub. İnsan onun varlığı. Geridə qalan zəif təfəkkürün məhsulu idi. Nəsimiyə görə, güclü, gücsüz insan olmayıb. Kamil cahil insan olub. Onun düşüncəsinə görə isə kamil insan bütün alilərin fövqündə dayanıb. Əgər Nəimi böyük alim filosof kimi hürufiliyin nəzəriyyəsini yaratmışdısa, Nəsimi qüdrəti sufi şair kimi onun möhtəşəm poeziyasını canlandırıb insanlara sevdirmişdi. Onun şeirləri dövrünün insanları arasında qədər sevilirdisə, bir o qədər laməkan dərvişlərin dillər əzbəri idi. Dərvişlər diyar-diyar gəzərək Nəsimi qəzəllərini təbliğ edir, yayırdılar.

Nəsimi təfəkkür düşüncəsi ilə bütün dünyanı zəbt etmək iqtidarında olan, ən qorxulu hökumdarlardan olan Əmir Teymurun qarşısında belə, təmkinini pozmamış, onu öz zəka gücünün təsiri qarşısında aciz vəziyyətə salmışdır. Tarixdən məlumdur ki, hürufilər Əmir Teymuru qəddar əməllərinə görə cahil adlandırıblar. Elə buna görə , Teymurilər tərəfindən hər zaman təqib olunublar. Şairin müəllimi Nəimi Naxçıvanda, Əlincə qalasının yaxınlığında Miranşah tərəfindən edam edilir. Müəlliminin ölümü Nəsimiyə əzab verir, o, bu hadisədən sonra böyük sarsıntı keçirsə öz düşüncə təfəkküründə daha da mətin olur. Hətta, böyük Nəimiyə olan sevgisini "Ayrılıq" qəzəli ilə gözəl bir şəkildə ifadə edir:

Ey müsəlmanlar,

          mədəd ol yar pünhan ayrılır,

Ağlamayım neyləyim,

          çün gövdədən can ayrılır.

Bu qəzəl Nəsiminin daxili üsyanı, hayqırtısı idi. Nəiminin ölümünü heç cür qəbul edə bilməyən Nəsimi onun davamçısı kimi ustadın dini-fəlsəfi fikirlərini yaymaq məqsədilə laməkan həyat yaşayır. Müxtəlif vaxtlarda Təbriz, İraq, Anadolu digər ölkələr yaşayaraq Nəimi ideologiyasını dünyaya yaymağa çalışır. Ömrünün sonlarını isə Suriyanın Hələb şəhərində yaşayır.

Nəsimi Azərbaycan dilinin zənginliyindən bacarıqla istifadə edir, onu öz oxucularına sevdirirdi. Onun dili zəngin olduğu qədər gözəl, ahəngdar idi.

Nəsimi böyük şair idi. Yerlə göyü birləşdirib, yerin göyə, göyün ərşi ümmana sevgisində qərar tuturdu şairin xəyalı. Nəsimi yerdə idi, göydə. O ruh şairi idi. Onun ilhamlandığı sevgisi ilahi sevgi idi. İnsanın, hüsnü-cəmalına yox, kamalına, ağlına, təfəkkürünə olan sevgi idi.

Səni bu hüsni camal ilə,

          kamal ilə görüb,

Qorxdular həq deməyə,

          döndülər insan dedilər.

Nəsiminin təxəyyül düşüncəsində ən böyük həqiqət insanın özü idi. Şairin dərisini diri-diri soymaqla onu öz əqidəsindən döndərməyə çalışsalar da, əksinə, Nəsimi fikirlərinin daha fövqəlbəşər zirvəsində dillənir. Ölüm ayağında ona istehza ilə " üçün saralmısan?" - deyərkən, belə cavab verir:

- Mən əbədiyyət üfüqündə doğan bir günəşəm. Günəş isə qürub edərkən saralır.

Təəssüflər olsun ki, Nəsiminin həyatı haqqında geniş məlumata rast gəlmirik. Yazılı mənbələrdə onun əsl adının Əli, Ömər olduğu göstərilir. Şair 1369-cu ildə Azərbaycanın qədim Şamaxı şəhərində dünyaya gəlib. Atası Seyid Məhəmməd Şirvanda tanınmış şəxsiyyətlərdən olub. Nəsiminin qardaşı da Şah Xəndan təxəllüsü ilə şeirlər yazıb. Həmin dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən biri idi. Şəhərdə çoxlu məktəb, mədrəsə, Şərq dünyasında məşhur olan şeir musiqi məclisləri fəaliyyət göstərirdi. Eyni zamanda, zəngin kitabxanalar da var idi. Bütün bunlar Nəsiminin elm, təhsil almasında dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, riyaziyyat astranomiya elminə maraq göstərmişdir. Şamaxıda dövrünün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdı. Klassik Şərq qədim yunan fəlsəfəsini, İslam xristian dinlərini, ədəbiyyatı dərindən öyrənmişdir. Azərbaycan, ərəb fars dillərində gözəl şeirlər yazmışdır. Şair təhsil aldığı müddətdə böyük alimlərdən bəhrələnsə onun daha mükəmməl yetişməsində əvəzsiz rolu, hürufi Fəzlullah Nəimi oynamışdır. Səfərlərində şeyx mürşudi Nəimi ilə yol yoldaşı olmuş onun qızı ilə ailə həyatı qurmuşdur. Şairin poeziya dili çox zəngin olmuşdur. Əsasən, əruz vəznində yazdığı şeirləri Orta Asiya, Türkiyə, İran bir çox ölkələrdə yayılaraq sevilmişdir. Nəsimi divan ədəbiyyatının banisi hesab edilir. Şairin əlyazma nüsxələri dövrümüzə qədər gəlib çatmış dünyanın bir çox kitabxana muzeylərində qorunub saxlanır. Nəsimi sadəcə Azərbaycan ədəbiyyatına deyil, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".