Laçının laçın görkəmi özünə qayıdır
Digər xəbərlər

Laçının laçın görkəmi özünə qayıdır

Bir vaxtlar üzü paytaxta sarı qəm-qüssə içində, ümidsiz şəkildə gələn ellər, indi doğma yurda, elə-obaya sevinc göz yaşları içində qayıdır. İnamla, ümidlə. Artıq 30 illik işğal dövrü arxada qalıb. 2020-ci il 27 sentyabr tarixindən başlayan Vətən müharibəsi cəmi 44 günə qəlbimizdə köz bağlayan yurd itkisinə son qoydu. İndi işğaldan azad olunmuş bütün yurd yerlərimizdə yeni həyatın təməli qoyulur. Daha vaxtilə qaçqın, məcburi köçkün deyilən status da yoxdur. Hamı bir-birini öz ünvanı, kəndi-kəsəyi ilə çağırır. Köhnə məhlələrin yeni siması yaranır. Qədim yurd yerlərimiz müasir görkəmə salınır. Hər yanda tikinti-quruculuq işləri aparılır. Dövlət tərəfindən "Böyük Qayıdış" planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması istiqamətində bütün imkanlar səfərbər edilir.

Azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, bütün infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana digər iaşə obyektlərinin tikintisi sürətlə davam edir. Qarabağ bölgəsi bu gün nəhəng tikinti poliqonuna bənzəyir. Qələbədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, dövlətimiz bu ərazilərdə ağla gəlməyəcək dərəcədə böyük layihələr həyata keçirir. Artıq Qarabağ öz səmasını beynəlxalq aləmə açıb. Belə ki, Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanında isə işlər sürətlə davam edir. Artıq öz doğma ünvanlarına köçən keçmiş məcburi köçkünlərimiz var. Böyük köç karvanının ilki Zəngilanın Ağalı kəndi oldu. Ötən ilin yay aylarından başlayaraq Ağalıya köçə start verildi. Mərhələli şəkildə sakinlər öz kəndlərində azad, abad, bütün lazımi şəraitlə təmin olunmuş evlərinə qayıtdılar. İndi Ağalı kəndi qarabağlıların ümid yerinə çevrilib. Çünki bu məkandan başlayan köç ətraf kəndləri, rayonları da işıqlandırdı. Ağalıdan sonra, Tərtərin Talış kəndinin camaatı da bu il Novruz bayramı ərəfəsində öz yurd-yuvasına döndü. Əziz bayramlarını ölkə başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə qeyd etdilər. 30 ildən sonra Talış kəndinin Novruz tonqalını Prezidentimiz özü yandırdı. Bu, həm o yerlərin, torpaqların işğaldan azad olunduqdan sonra xeyir-duası idi. Dövlət başçısının Novruz tonqalını alovlandırması Qarabağ bölgəsinə gözəl bir mesaj idi. Qoy, bundan sonra odumuz-ocağımız gur yansın. Yurdumuz, yuvamız işıqlı, isti olsun. Hər evdə, hər eldə, bütün Qarabağda ocaqlarımız yansın. Axı, biz odlar yurdu Azərbaycanımızda odu müqəddəs bilirik. Odumuza-ocağımıza sadiq oluruq.

Bu istiqamətdə növbəti dönüş ünvanımız Laçındır. Laçın Azərbaycanın ən strateji əhəmiyyətli bölgələrindəndir. Düşmənlə üz-üzə dayanaraq əzəmətli dağların köksündə yurd salıb. Çox şükürlər ki, Laçın rayonu da erməni işğalından azad edildi. Düşmən tapdağından qurtuldu. Artıq rayon özünün yeni, daha modern üslubuna qovuşur. Hər tərəfdə tikinti-quruculuq işləri gedir. Bütün lazımi infrastrukturlar qurulur. Laçının əzəmətinə, əhəmiyyətinə daha bir mühümlük qatılır. Laçın Beynəlxalq Hava Limanı tikilir. İstirahət zonaları, turistik bazalar inşa edilir. Laçın sakinlərinin yurda dönüşü istiqamətində mühüm addımlar atılır. Əhali siyahıya alınır dönüş ərəfəsində sakinlər tibbi komissiyadan da keçirilirlər. Hələ ötən ilin yayında Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal kəndinə səfər edərkən Laçına qayıdışla bağlı demişdir: "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq". Bu gün isə artıq bu işlər reallığa qovuşmaq üzrədir.

Əgər Laçın işğal ediləndə rayon əhalisi 65 mindən çox idisə, bu gün artıq əhalinin sayı 80 mini keçib. İndi laçınlılar doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Hər an dövlətin "Böyük Qayıdış" planının çağırışına hazırdılar. Rayonda aparılan yenidənqurma prosesinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Şəhərdə çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur. 30-dan çox ictimai bina inşa edilir. Heydər Əliyev Fondu tərəfindən şəhərdə yeni məscid binası da tikiləcək. Zabux Sus kəndləri yaşayış üçün hazır vəziyyətə gətirilir. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Güləbird Qorçu kəndlərinin təsdiqlənmiş Baş planına əsasən birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.

Ölkə başçısı İlham Əliyev aprelin 18- Salyan rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində demişdir: "Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir". Bəli, Azərbaycan dövləti öz torpağını işğaldan azad etdiyi kimi, onu tikib-qurmağı da layiqli şəkildə yerinə yetirir. Ərazilərimiz, torpaqlarımız öz müqəddəsliyinə, təmizliyinə qovuşur. İllərlə işğal altında qalan yurd yerlərimiz murdar düşmənin əli ilə dağıdılıb, talan edilməklə bərabər, həm yadelli insanların məskəninə çevrilmişdir. Belə ki, Ermənistan hökuməti tərəfindən 2003- ildən sonra Suriyadan Livandan köçürülən erməni ailələri Laçında qeyri-qanuni şəkildə yerləşdirilmişdir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra artıq onlar da başa düşdülər ki, torpağın həqiqi sahibləri qayıdır. Tezliklə laçınlılar öz yurdlarına dönəcəklər.

Ramidə YAQUBQIZI,

"Respublika".