İran və Ermənistan din pərdəsi altında terrorçuluğu təbliğ edir
Digər xəbərlər

İran və Ermənistan din pərdəsi altında terrorçuluğu təbliğ edir

İran Ermənistan arasındakı oxşarlıq eyni dinə mənsub olmaları deyil, din pərdəsi altında terrorçuluq fəaliyyəti həyata keçirmək, kütləvi qırğınları dəstəkləməkdir. Bu iki ölkə tarix boyu qonşu ölkələrlə normal münasibət qurmaq əvəzinə, həmin ölkələrə casuslar göndərərək təxribat  yaratmaqla məşğul olublar.

İran dövlətinin özünü İslam təəssübkeşi kimi göstərərək Yaxın Şərqdə böyük bir terror qruplaşması saxladığı heç kimə sirr deyil. Bu qruplaşmalar mühafizə sistemi zəif olan ölkələrin daxili işlərinə qarışmaqla sülhə təhlükəsizliyə böyük təhdidlər törədir vətəndaş müharibəsinə rəvac verirlər. Məzhəb ayrı-seçkiliyi yaratmaqla eyni dinə, millətə mənsub olan xalqlar arasında kütləvi qırğınların törədilməsində əsas qüvvəyə çevriliblər. Belə olan halda  İranın İslam coğrafiyasına vurduğu ziyan da günbəgün artmaqda  davam edir. Fars rejimi üçün müqəddəs  olan din deyil, onun şəxsi maraqlarıdır. Bunu deməyə əsas verən amil isə ondan ibarətdir ki, bu günə qədər hər hansısa bir müsəlman dövləti işğala, soyqırıma məruz qaldıqda İran tərəfindən  heç bir reaksiya verilməyib. Lakin bunun əksini hər zaman görmüşük. İran ətrafında yerləşən müsəlman ölkələri ilə deyil, Ermənistanla münasibətlər qurub. Azərbaycan Türkiyə başda olmaqla, Əfqanıstan, Pakistan, İraq digər ölkələrlə əlaqələri zədələmək yürütdüyü siyasətdən irəli gəlir. Səbəb isə İslam coğrafiyasında, irq məzhəb ayrı-seçkiliyi salmaqdırApardığı yarıtmaz siyasətlə dünyadan təcrid olunan İran ayaqda qalmağın yeganə yolunu  terrorda, narkotik vasitələrin satışında ən əsası başı sarıqlı mollalarını agent kimi digər ölkələrə göndərməkdə görür. Həmin şəxslər din adı altında, biliyi savadı olmayan insanları haqq yoldan çıxardaraq İslamda heç bir əsası sübutu olmayan mərceyi-təqlid adı altında fars rejiminin təbliğatını aparan şəxslərə tabe etdirir. Bu "alimlərin" əksəriyyəti dövlətə qarşı çıxmağa göstərişlər verir. Həmin şəxslər  müqəddəs insanlar arasında ayrı-seçkilik salmaqla İslam dünyasına nifaq toxumu səpir, məzhəbdaşların başlarına qılınc vurdurur, zəncirlə özlərini-özlərinə döydürür, bununla da milyonlarla müsəlmanları şəxsi ambisiyalarının qurbanına çevirirlər. Sözdə İslam qayğısı çəkən İran İsrail-Fələstin münasibətlərində "təəssübkeşlik" rolunu oynayarkən Ermənistanın Azərbaycana təcavüzünə qarşı hər zaman susubErmənistanla əməkdaşlığı pik həddə çatdıran İran İslam Respublikası, Qarabağ Şərqi Zəngəzurda  67 məsciddən 65-i dağıdılıb təhqir olunanda bu əməllərə sakit qalıb.

Ermənistanın da bu mövzuda fars rejiminin əlindən su içdiyi açıq-açkardır. Fars həmkarlarından geri qalmayan Qriqoryan kilsəsi hər zaman azərbaycanlılara qarşı baş verən zülmlərin baş rol ifaçısı olub. Bütün dinlərdə insanların sülh birgəyaşayış şəraitində yaşamasına böyük əhəmiyyət verilib fitnə-fəsadın yayılmaması təşviq olunsa da İslam coğrafiyasında İran, xristian aləmində isə Ermənistan bu dəyərləri heçə sayırErməni Qriqoryan kilsəsinin katolikosu II Qaregin dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla yeni  müharibəyə çağırır ki, bu da təsadüfi deyildir. Tarix boyu erməni kilsələrinin  fəaliyyətinin əsasında millətçilik antitürk, antiislam siyasəti dayanıb. Erməni kilsəsinin yarandığı gündən fəaliyyətinin əsas məqsədi  dini-etnik münaqişələr yaratmaq olub.

XIX əsrin sonlarından başlayaraq, erməni kilsəsi bir çox ölkələrdə, əsasən   Türkiyədə çoxsaylı qırğınlar həyata keçirib. Böyük Ermənistan xülyasının da əsası bu kilsədə qoyulub. Uzun illərdir ermənilərin başına yastıq qoyan erməni dövləti kilsəsi hər zaman millətlərini "qəhrəman" adlandıraraq çox sayda insanların ölümünə səbəb olmuşdur. Din xadimlərinin belə çirkin oyunları dəstəkləməsi onların əsl mahiyyətinin nəyə xidmət etdiyini göstərir. Öz xalqına həqiqəti söyləmək əvəzinə, Qarabağın onlara yad bir yer olduğunu, Azərbaycan torpaqlarında döyüşməyin yalnız erməni xalqına ziyan gətirəcəyini demir. Erməni kilsəsi təkcə azərbaycanlıların qanının tökülməsinə səbəb olmamış, Qarabağın işğalını dəstəkləməsi nəticəsində minlərlə erməninin bu torpaqlarda məhvinə yol açmışdır. Belə "dindar"ların əsl məqsədi dünyaya sülh barış gətirmək yox, müharibələrin, münaqişələrin sayını artırmaqdır.

Musa BAĞIRLI,

"Respublika".