Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb
Digər xəbərlər

Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb

Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Bu barədə 21 iyun “ASAN radio”dan verilən məlumatda bildirilir.

Nazirlər Kabinetindən verilən xəbərə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Komissiyaya tapşırılır ki, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etsin, Sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etsin, Monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etsinlər.

“Respublika”.